Bizim Xidmətlərimiz

Biznes Prosesinin Autsorsinqi (BPA) Xidmətləri
.Human
Bizim Xidmətlərimiz
Biznes Prosesinin Autsorsinqi (BPA) Xidmətləri
.Human
Kadr Axtarışı və İşəqəbul
İnsan Resursları
Əmək haqqının hesablanması Autsorsinqi
Autstaffinq və İşçi qüvvəsi
təchizatı
Təlim və Qiymətləndirmə
Səyahət və İmmiqrasiya
Biznes Prosesinin Autsorsinqi Xidmətləri nədir?
Biznes proseslərinin autsorsinqi (BPA) spesifik iş prosesi və ya proseslərinin xarici xidmət təminatçısına ötürmək praktikasıdır. Xidmətlərə əmək haqqı hesablanması, insan resursları, mühasibatlıq, satınalma, çağrı mərkəzi, məlumatların qeydiyyatı, sosial media marketinqi, müştəri dəstəyi və s. daxil ola bilər. BPA əsas biznes funksiyalarından fərqli olaraq, əlavə funksiyaları texniki və ya qeyri-texniki xidmətlərlə tamamlayır.
BPA ilk dəfə rəsmi biznes strategiyası kimi 1989-cu ildə müəyyən olunub, autsorsinq adətən şirkət tərəfindən yerinə yetirilən xidmətlərin həyata keçirilməsi üçün üçüncü tərəflərin işə götürülməsi prosesidir. Çox vaxt autsorsinqdən şirkətin öz əsas fəaliyyətləri ilə məşğul olması məqsədilə istifadə olunur. O, həmçinin digərləri arasında işçi qüvvəsinə olan xərcləri azaltmaq üçün də istifadə olunur.
Niyə Müəssisələr Prosesləri Autsors edir?
Xərcləri azaltmaq üçün: Autsorsinq şirkətdaxili əmək xərclərini, xüsusən kadr təminatı və təlimlər, yerli işçilərin yerləşdirilməsi üçün iş sahəsi xərclərini azaldır. Autsorsinq bizneslərə yerli işçiləri işə götürərkən tələb olunan sabit xərc modelləri əvəzinə xidmətə görə ödəniş planları kimi dəyişkən xərc modellərindən istifadə etməyə imkan verir.

Əsas funksiyalara diqqəti cəlb etmək: Autsorsinq müəssisələrə onların əsas prosesləri ilə birbaşa əlaqəsi olmayan şirkət funksiyaları əvəzinə öz əsas təkliflərini inkişaf etdirmək imkanı verir.
Məsələn, autsorsinq zamanı şirkət əmək haqqı hesablanması üzrə mühasibin fəaliyyətinə nəzarət etməli olmayacaq. Əksinə, o, enerjisini biznesinin fərqliliklərini vurğulamağa və ümumi artımı maksimuma çatdırmağa yönəldə bilər. Öz növbəsində, bu tədbirlər şirkətin rəqabət üstünlüyünü artıra və dəyər zənciri ilə qarşılıqlı əlaqələrini gücləndirə bilər. Nəticə etibarilə, şirkət artan müştəri məmnuniyyətinə və daha yüksək mənfəətə nail ola bilər. İkinci dərəcəli funksiyalarda daha yaxşı nəticələr əldə etmək: Autsorsinq şirkətlər müştərilərinə dünya səviyyəli imkanlar təqdim edərək digər bizneslər üçün ikinci dərəcəli sayılan funksiyalarda ixtisaslaşmışlar. Əslində, ixtisaslaşmış proseslərə və texnologiyalara sərmayə qoyan autsorsinq şirkəti müştərilərinə ən müasir nailiyyətlər təqdim edə bilər. Məsələn, bir oyun dizayn şirkəti bazarda ən son əmək haqqı hesablanması proqramı üçün ödəniş etmək istəməyə bilər, lakin bu xidmətləri təklif edən autsorsinq biznes çox güman ki, bu investisiyanı həm öz məhsuldarlığını, həm də müştərilərinin məhsuldarlığını artırmaq üçün edəcək .

Qlobal mövcudluqlarını genişləndirmək: Bəzi autsorsinq şirkətlər müştərilərə gecə-gündüz bir neçə dildə xidmət göstərə bilər və bununla da yerli şirkəti məsuliyyətdən azad etmiş olur. Autsorsinq şirkətlər öz mövcudluqlarından bir çox ölkələrdə yararlana bilərlər, Məsələn,WNS Global-ın dünya üzrə 37 “çatdırılma mərkəzi” var və biznes proseslərinin idarə olunması üzrə ixtisaslaşmışdır.

Çevikliyi aktivləşdirmək üçün: Qeyri-kritik funksiyalarını autsors edən şirkətlər yeni məhsul və ya xidmətlərin tətbiqi ilə bağlı risklərin idarə edilməsində daha sürətli və effektiv hərəkət edə bilərlər. Onlar həmçinin, məsuliyyətin daha yaxşı əhatə olunmasını və bölüşdürülməsini təmin etmək üçün öz daxili resurslarını daha kritik funksiyalara yenidən təyin edə bilərlər.

Sürət və səmərəliliyi artırmaq üçün: Prosesləri autsorsing edən şirkətlər bu vəzifələri mütəxəssislərin yerinə yetirməsinə üstünlük verir, bununla da vaxta qənaət edir, dəqiqliyi və imkanlarını artırır. Qeydlərin idarə edilməsində ixtisaslaşan BPA sənədləri avtomatik olaraq indeksləşdirərək onları axtarış üçün rahat və şirkəti qanuni tələblərə uyğun saxlaya bilər. Bu, məlumatların əl ilə daxil edilməsini və saxlanmasını əvəz edir.
Biznes autsorsinq nümunəsi nədir?
Əksər biznes sahibləri işə qəbul, müvəqqəti və ya müqavilə ilə işləyən işçilər, mühasibatlıq,insan resursları, əmək haqqı hesablanması, mühasibat uçotu, müştəri xidmətləri, ofis administrasiyası, obyektin idarə edilməsi, kiçik satınalma, texniki xidmət, təmizlik, nəqliyyat, reklam, vebsaytın hazırlanmasına gəldikdə səlahiyyətlərini autsorsinq mütəxəssislərinə verirlər. Bu, müəssisələrə öz resurslarının böyük hissəsini əsas fəaliyyətə yönəltməyə kömək edir.
İnsan Resursları Autsorsinqi nədir?
İnsan Resursları autsorsinqi işəgötürənlə xarici üçüncü tərəf təminatçı arasında bağlanmış müqavilədir, bununla işəgötürən müəyyən insan resursları funksiyalarının idarə edilməsini və məsuliyyətini xarici təminatçıya verir.İşəgötürən üçün İnsan Resursları Autsorsinqinin bir çox seçim növləri mövcuddur. İnsan Resursları xidmətlərinin Autsorsinqi qanuna uyğunluluq, əmək haqqı hesablanması və işçilərin idarə edilməsi kimi əhəmiyyətli insan resursları əməliyyatlarını tənzimləməyə kömək edir. Şirkətlər İnsan Resursları xidmətlərini autsors edəndə onlar birtərəfli qaydada diqqətlərini mənfəətlərinə və digər əsas biznes fəaliyyətlərinə cəmləmək üçün daha çox zaman qazanmış olurlar. Aşağıda sadalananlar İnsan Resursları Autsorsinqinin ehtiyaclarından bəziləridir

-       Müəssisələrə əsas əməliyyatlara fokuslanmağa imkan verir
-       Xərclərə ya dolayı və ya birbaşa yol ilə qənaət edilməsi
-       Stabil, sərfəli əməliyyat platforması yaratmağa kömək edir
-       Diqqəti daxili proseslərdən biznes məqsədlərinə çatmaq üçün yönəldir.
-       Qanuni, tənzimləyici və qabaqcıl təcrübələrin tələblərinə uyğunluğun təmin edilməsi
-       İnsan problemlərinin risk və məsuliyyətinin ötürülməsi
Əmək haqqı hesablanması Autsorsinqi nədir?
Biznes, əmək haqqı hesablanması əməliyyatlarının bir hissəsini və ya tam şəkildə üçüncü tərəfə ötürəndə bu əmək haqqı hesablanması autsorsinqi kimi bilinir. Əmək haqqı hesablanması prosesi ilə yanaşı tam xidmət təminatçıları adətən vergi hesabatları, normativlərə uyğunluq, məlumat təhlükəsizliyi və işsizlik müraciətləri ilə də məşğul olurlar.

Əmək haqqının autsorsinqi ilə siz bütün ağır yükləri təminatçının əmək haqqı mütəxəssislərinə həvalə edə bilərsiniz. Onlar əmək haqqı hesablanması prosesinin və ödənişin ən son qanunvericiliyə uyğunluğu kimi işlərə cavabdehdilər. Xəstəlik və analıq müavinəti kimi qanuni ödənişlər də daxil olmaqla ödənişlərin hesablanması.
Kadr Təminatı nədir?
Sadə dillə desək kadr təminatı belə təsvir oluna bilər: Siz öz daimi iş yerlərində işləməyə davam edən peşəkar işçilər işə götürürsüz lakin siz yeni işəgötürənsiz. Kobud desək, bunlar sizin onlara verdiyiniz tapşırıqlar üzərində işləyən peşəkar və qeyri-peşəkar kadrlardır.

Kadr xidməti təminatçısı insan resursları və əmək haqqının idarə olunmasını öz üzərinə götürür.

Kadr təminatının iki nümunəsi var. Birinci nümunə xərc modeli adlanır, müştəri adambaşına sabit bir məbləğ ödəyir və şirkət bu pulu idarə edir. O işçiyə öz qərarına əsasən bonuslar da daxil olmaqla ödəyiş edir və bu gizli İnsan Resursları İdarəçiliyi adlana bilər. İkincisi “xərc plus” adlanır, müştəri işçiyə nə qədər ödədiyini bilir və həmçinin bayramlar, vergilər, bonuslar, ofis, avadanlıq və şirkətin marjası da daxil bütün əlavə xərclərini də qarşılayır. Sonuncu daha açıq modeldir, çünki müştəri prosesde tam şəkildə iştirak edir. Beləliklə müştəri üçün daha az risk olur, həmçinin daha çox imkan olur.

Kadr təminatı əksər hallarda autsorsinqin bir hissəsi kimi qəbul olunur, lakin bu bele deyil. Kadr təminatının mənası əsasən xüsusi bir sahədə davamlı professional dəstək almaq üçün uzunmüddətli müqavilə bağlamaqdır. Bu müəyyən fəaliyyətlərin səmərəliliyini artırmağa və həmçinin şirkətin xərclərini azaltmağa imkanı verir.
Mühasibatlıq Autsorsinqi Nədir?
Mühasibatlıq autsorsinqi kiçik biznes üçün tam mühasibatlıq iş təcrübəsi təqdim edən xidmətdir. Mühasibatlıq şöbəsi gündəlik əməliyyatların kodlaşdırılması, kreditor borcları, debitor borcları, əmək haqqı, maliyyə hesabatlarının idarəetməsi və bir çox digər xidmətlərlə məşğul olur.
Xidmət tələblərinə uyğun qiymət təklifi əldə etmək
Xidmət tələblərinə uyğun qiymət təklifi əldə etmək
Haqqımızda
HRC Azərbaycanda İşə qəbul və İnsan Resursları Xidmətləri üzrə aparıcı
təchizatçılardan biridir.1999-cu ildən fəaliyyət göstərən HRC peşəkarlıq, səmərəlilik və dürüstlük kimi əsas dəyərlərinin üzərində qurulub.
Bizimlə Əlaqə
Ofis : Badamdar
Estate Offices, Azərbaycan, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1 c, AZ1006
Əlaqə nömrəsi +994 (12) 437 27 72
info@hrcbaku.com
cv@hrcbaku.com

Bizi xəritədə tapın
E-poçt :
Haqqımızda
HRC Azərbaycanda İşə qəbul və İnsan Resursları Xidmətləri üzrə aparıcı
təchizatçılardan biridir.1999-cu ildən fəaliyyət göstərən HRC peşəkarlıq, səmərəlilik və dürüstlük kimi əsas dəyərlərinin üzərində qurulub.
Bizimlə Əlaqə
Ofis : Badamdar
Estate Offices, Azərbaycan, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1 c, AZ1006
Əlaqə nömrəsi +994 (12) 437 27 72
E-poçt : : cv@hrcbaku.com / info@hrcbaku.com /
Bizi xəritədə tapın